Zibildən yanacaq əldə olunub
06 Mart 2010 Şənbə 22:10
Yaponiya alimləri adi kömürdən alınan istilik enerjisinə bərabər olan texnologiya hazırlayıb.
Yaponiyanın Sidzuoka Universitetinin alimləri adi kömürdən alınan istilik enerjisinə bərabər zibildən yanacaq əldə olunmasına imkan verən texnologiyanı işləyib hazırlayıb. Yanacaq üçün xammal adi yeyinti tullantılarıdır. Həmin tullantının üzərinə su tökülür, hermetik qabda yerləşdirilir, sonra isə təzyiq 20 atmosferə qədər qaldırılır və 200 dərəcəyədək qızdırılır. Yarım saat davam edən bu proses nəticəsində qabın içərisində barıta və ya torfa bənzər maddə qalır. Bir ton xammaldan 400 kiloqrama yaxın hazır məhsul əldə edilir.

Əgər adi kömürdən yandığı müddətdə təqribən 6750 kilokalori istilik alınırsa, Yaponiya alimlərinin işləyib hazırladıqları texnologiya 700 kilokalori ekoloji təmiz, standartlara cavab verən yanacaq əldə etməyə imkan verir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar