Zibildən otel tikildi
04 İyun 2010 Cümə 21:45
Otelin inşasında Avropa sahillərindən toplanan tullantılardan istifadə olunub.
Dünyada bir ilk olaraq zibildən hazırlanan otelin İtaliyanın paytaxtı Romada açılışı olub. Otel "Save The Beach" təşkilatı tərəfindən Avropa sahillərindəki çirklənmələrə diqqəti cəlb etmək məqsədi ilə inşa edilib. Binanın inşasında da ancaq Avropa sahillərindən toplanan tullantılardan istifadə olunub.

İki mərtəbəli və 10 nəfər üçün nəzərdə tutulan binanın inşası üçün 12 ton zibildən istifadə olunub.

Romanın mərkəzində alman memar tərəfindən layihələşdirilən binanın hündürlüyü 8, uzunluğu 12, eni isə 10 metrdir.

5 iyun Ümümdünya Ətraf Mühit Günü ərəfəsində inşa edilən otel iyunun 6-na qədər açıq qalacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar