Zəvvarların avtobusuna silahlı hücum olub
11 İyul 2010 Bazar 12:15
Zəvvarların avtobusuna silahlı hücum olub. Hadisə Əfqanıstanda qeydə alınıb.
Əfqanıstanda içərisində pakistanlı zəvvarların olduğu avtobusa silahlı hücum edilib. Hücum nəticəsində ən azı 11 nəfərin öldüyü bildirilir. Xeyli sayda yaralı var. Hüquq mühafizə orqanlarından verilən məlumata görə, ölən və yaralananlar arasında qadın və uşaqlar var.
Qeyd edək ki, insidentə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin polislər terror aktının Taliban qanunsuz silahlı qruplaşmasının üzvləri tərəfindən törədildiyini istisna etmirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: