Zəvvarlar Ərəfat dağınada
14 Noyabr 2010 Bazar 11:40
Zəvvarlar üçün çadırlar qurulub
Həcc ziyarəti üçün Məkkəyə gedən 5 milyona yaxın zəvvar bu gün Ərəfat dağına çıxacaq. Bu mərhələ günorta namazından sonra gerçəkləşəcək. Milyonlarla insan 17 km yol qət etməklə Ərəfat dağına çatacaqlar. Ərəfat dağında bir gecə qalacaq insanlar üçün çadırlar da qurulub.
Qurbanlıqların kəsiləcəyi Minada da artıq bütün hazırlıqlar başa çatıb. Hacı adını almaq istəyənlər daha sonra şeytanı daşlayacaqlar.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 2 min zəvvar yollanıb. Onlardan biri Suriya ərazisində vəfat edib. Bir nəfər isə Suriyada psixi xəstəliyə tutulduğu üçün xəstəxanaya yerləşdirilib.
DOSTLARINLA PAYLAŞ: