Zəngin ərəb ölkəsində parlament seçkisi keçirilir
27 İyul 2013 Şənbə 13:19
Bu, Küveytdə son 8 ay ərzində keçirilən ikinci parlament seçkisidir.
Küveytdə bu gün parlament seçkiləri keçirilir. Seçki məntəqələri yerli vaxtla saat 9-da açılıb. Bu, son 8 ay ərzində Küveytdə keçirilən ikinci parlament seçkiləridir. 2012-ci il dekabrın 1-də keçirilmiş seçkilərin nəticələri seçki zamanı qanun pozuntularına görə Konstitusiya məhkəməsinin qərarı ilə ləğv edilmişdi. Həmin seçkilər Küveyt əmirinin seçki haqqında qanuna etdiyi düzəlişlər əsasında keçmişdi. Düzəlişlərə əsasən, indi seçici əvvəlki kimi 4 deyil, yalnız 1 deputatlığa namizədə səs verə bilər.

Fars körfəzinin neftlə zəngin ölkəsinin parlamenti 50 yerlik Milli Məclisdir və bu yerlər uğrunda 321 deputatlığa namizəd mübarizə aparır. Küveytdə səsvermə hüququna malik əhalinin sayı isə 440 min nəfərdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar