Zəlzələlər Yaponiya iqtisadiyyatının inkişafına təkan verib
10 May 2011 Çərşənbə Axşamı 16:14
Ölkədə evlərlə tələbat artıb
Yaponiyanın güclü zəlzələləri ölkə iqtisadiyyatının inkişafına sürətli təkan verib. Belə ki, artıq Yaponiyanın tikinti şirkətləri yeni evlərin sifarişlərinin öhdəsindən gəlməkdə çətinlik çəkir. Daşınmaz əmlak sahəsindəki bu proqress son 15 ildə rekord göstərici hesab edilir. Bu qəfil sıçrayışa səbəb isə 11 martda Yaponiyada baş verən dəhşətli zəlzələ nəticəsinə minlərlə evsiz qalan əhalidir.

Yaponiyanın “Sekisui House Ltd” developer şirkətinin direktorlar şurasının sədri bildirib ki, yaxın vaxtlarda ölkəni daşınmaz əmlak bazarında yeni və böyük partlayış olacaq: “Biz artıq strategiyanı dəyişib, bütün planlarımızı xaricdə qurmuşduq. Birdən zəlzələ baş verdi... və yeni evlərə olan tələbat böhrandan əvvəllki göstəriciyə - 1 milyona çatdı”.

“Sekisui”nin proqnozlarına görə, daşımaz əmlak bazarı 1996-ci ildən əvvəllki göstəricilərə nail olmaq üçün bütün imkanlara malikdir. Bir çox hallarda buna dövlət subsidiyaları yardım etmiş olacaq: “Yaponiya infrastrukturun zəlzələdən sonra bərpa edilməsi üçün hökumət milyard dollar həcmində vəsait ayırıb”.

Ekspertlər Yaponiyaya zəlzələdən dəyən ziyanın 310 milyard dollar olduğunu hesablayıblar. Yaponiya hökuməti etiraf edir ki, zəlzələ nəticəsində ölkədə 5 mindən artıq ev tamamilə məhv olub, 2 min yarımdan artıq ev yarısalamat vəziyyətdədir, 56 min evə isə qismən zərər dəyib. Yaponiya hökuməti 30 min müvəqqəti evin tikilməsini planlaşdırır ki, 10 mindən artığı özəl şirkətlərin hesabına tikiləcək.








DOSTLARINLA PAYLAŞ:

oyunlar