Zəlzələdən zərər çəkənlərə “Ferrari” bağışlanacaq
01 İyun 2012 Cümə 04:10
Bu məqsədlə klassik bir “Ferrari” avtomobili 1 milyona hərraca çıxarılacaq.
İtaliyada mayın 20-də və 29-da meydana gələn və 24 nəfərin ölümü ilə nəticələnən zəlzələdən sonra avtomobil istehsalçısı olan “Ferrari” korporasiyası təbii fəlakətdə zərər çəkənlər üçün humanitar addım atıb. Jurnalistlərə açıqlama verən şirkət prezidenti Luka Kordero di Montezemolo markanın klassik avtomobillərindən birinin 1 milyon avro qiymətlə internetdən hərraca çıxarılacağını, əldə olunan vəsaitin zəlzələdən zərər çəkənlərə bağışlanacağını bildirib.
Qeyd edək ki, hərracın gələn həftə keçirilməsi planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: