Zəlzələdən sonra 30 000 yapon intihar edib
10 Mart 2012 Şənbə 04:40
Bu, əvvəlki illərlə müqayisədə 20 faiz çoxdur
Keçən il Yaponiyada baş vermiş zəlzələ və sunami fəlakətindən sonra bu ölkədə 30 mindən çox insan intihar edib. Yapon hökuməti intihara meylli olan xalqda bu fəlakətdən sonra özünə qəsd hallarında xüsusilə çoxalma qeydə alındığını deyib. Ay əsas götürüldüyündə bu nisbətin 20 faiz olduğunu deyən rəsmilər ötən il may ayında ölkədə 3 375 nəfərin intihar etdiyini, bunun 2010-cu ilin may ayı ilə müqayisədə 20 faiz çox olduğunu bildirib.

Yaqponiya Nazirlər kabinet katibliyi və milli polis departamenti bu barədə verdiyi açıqlamada 2011-ci ildə 30 651 nəfərin intihar etdiyini, özünə qəsd edənlərin əsasən 30 yaş qrupuna mənsub kişilər olduğunu qeyd edib. “Bütün yapon ictimaiyyəti zəlzələ və sunami fəlakətindən sonra çox qayğılıydı. Bu halın intihara sövq edən səbəblərdən biri olduğu qənaətindəyik”.

Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyada baş vermiş zəlzələ və sunami nəticəsində 20 000-ə yaxın insan ölmüşdü. Zəlzələnin təsiri ilə ziyan görmüş “Fukuşima” AES ölkə iqtisadiyyatına zərbə vurmuş, bir çox şirkət iflas etmişdi.

Qeyd edək ki, elmi-texniki tərəqqi və güclü iqtrisadiyyatına baxmayaraq Yaponiya dünyada intihar hadisəsinin ən çox baş verdiyi ölkədir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar