Zəlzələ vaxtı aparıcı studiyadan qaçdı
30 May 2012 Çərşənbə 07:00
Studiya ilə canlı telefon əlaqəsində olan qadın isə çıxılmaz vəziyyətə düşüb
İtaliyada baş vermiş son – 5.8 ballıq zəlzələ vaxtı səhər proqramının aparıcısı qonaqlarını studiyada qoyaraq qaçıb. Məlumata görə, zəlzələnin baş verdiyi saatda yerli TV7 kanalında səhər proqramı “Alle 7”-nin birbaşa yayımı varmış. Aparıcı Damiana Şirru qonaqları ilə döhbət etdiyi vaxt 5.8 bal yeraltı təkanı hiss edib. Qısa nüddət yerində donub qalan aparıcı daha sonra, “İcazənizlə, mən zəlzələdən çox qorxuram” – deyərək studiyanı tərk edib. Aparıcıdan sonra qonağın da qaçması studiya ilə canlı telefon əlaqəsində olan qadını isə çıxılmaz vəziyyətə salıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar