Zəlzələ təhlükəsi gözlənilən şəhərlərin siyahısı açıqlandı
05 Aprel 2011 Çərşənbə Axşamı 16:29
Siyahıda qonşu Türkiyənin İstanbul və İzmir şəhərlərinin də adı var
Almaniyanın "DİE Welt" qəzeti dünyada zəlzələ riski yüksək olan şəhərlərin adını açıqlayıb. ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, araşdımanın nəticəsində görə, bir çox böyük şəhərlər zəlzələ təhlükəsi ilə üzləşə bilər.

Qəzetin hazırladığı siyahıda qonşu Türkiyənin İstanbul və İzmir şəhərlərinin də adı var. Bu şəhərlərin qarşıdakı 30 il ərzində zəlzələnin olma ehtimalı yüzdə 60 % kimi qeyd olunub.

Siyahıda yer alan ən riskli şəhərlər aşağıdakılardır:


* Delhi, Mumbai (Hindistan)

* Manila (Filippin)

* İslamabad, Kəraçi (Pakistan)

* Tehran (İran)

* Cakarta (İndoneziya)

* İstanbul, İzmir (Türkiyə)

* Mexiko (Meksika)

* Boqota (Kolombiya)

* Qvatemala (Qatemala)

* San Salvador (Salvador)

* Quito (Ekvador)

* Lima (Peru)

* Los Anceles (ABŞ)

* Katmandu (Nepal)


DOSTLARINLA PAYLAŞ:

oyunlar