Zədə səfili məşhur etdi
09 İyun 2012 Şənbə 10:49
40 yaşlı kişi müxtəlif musiqi alətlərinin mahir ifaçısı olub.
ABŞ-da 40 yaşlı kişinin baaşından aldığı zədə bütün həyatını dəyişib. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Koloradoda yaşayan Derek Amato hovuza tullanarkən başını daşa vurarq zədələyib. Zədə sağalandan sonra isə o, unikal musiqi qabiliyyətinə yiyələnib.

Əvvəllər musiqidən çox uzaq olduğunu deyən Amato indi ən məşhur pianoçuların ifasından geri qalmayan ustalıq nümayiş etdirir.

Onun təkcə royalda deyil, həmçinin daha 7 musiqi alətində ifa etdiyi üzə çıxıb. Bu yaxınlarda onun özünün ifa etdiyi musiqilərdən ibarət ikinci albomunun işıq üzü görəcəyi gözlənilir.

Həkimlərin sözlərinə görə, kişinin fitri istedadına səbəb onun ağır zədədən sonra savant sinromu və ya savantizmə mübtəla olmasıdır. Savantizm nəticəsində insan beynindəki "dahilik adacığı" deyilən yer işə düşür, musiqi və incəsənətlə bağlı yüksək qabiliyyət ortaya çıxır.

Amato başına gələn hər şeyə rəğmən, özünü bəxtəvər saydığını söyləyib. Travmaya qədər işsiz, evsiz, maşında yatan səfil insan idim. İndi isə konsertlər verirəm.

Xatırladaq ki, hal-hazırda dünyada savantizm xəstəsi olan 30 nəfər insan var və bunlar aldıqları travmalardan sonra özlərində əvvəllər olmayan qeyri-adi qabiliyyətlər müşahidə ediblər. Adətən bu qabiliyyətlər musiqi, rəssamlıq və riyaziyyata aid olur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar