Zambiyada vəba epidemiyası: azı 130 ölü
16 Aprel 2010 Cümə 03:40
Hökumət xəstəliyin yayılmasının qarşısını almaq üçün toy və yas məramlərini qadağan edib
Zambiyada vəba epidemiyası ğütyan edir. Martdan indiyədək 130-dan artıq adam ölüb, 5000-ə yaxın xəstə var. Məlumatı “Sərhədsiz həkimlər” təşkilatı yayıb.

Təşkilatın Zambiyadakı şöbəsiin rəhbəri Lüka Arenda bildirib ki, hazırkı epidemiya son onillik ərzində ölkədə vəbanın ən geniş yayılması faktıdır. Epidemiyaya ölkənin paytaxtı Lusakada leysan yağışları nəticəsində yaranmış daşqınlar səbəb olub. Zambiya Səhiyyə Nazirliyinin nümayəndələri bildiriblər ki şəhər əhalisinin əsas su mənbəyi olan kiçik quyular vəba bakteriyaları ilə çirklənib.

Hökumət və beynəlxalq təşkilatlar xəstəliyin müalicəsi və profilaktikası mərkəzlərinin işini təşkil edib. Hakimiyyət xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə toy və yas mərasimləri kimi kütləvi tədbirlərini qadağan edib.

Vəba- Vibrio cholerae bakteriyalarının yaratdığı kəskin bağırsaq infeksiyasıdır. Xəstəlik epidemiya formasında yayılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar