Yuşşenko ölkədən qaçmağa hazırlaşır?
30 Sentyabr 2009 Çərşənbə 19:50
Ukrayna prezidenti Yuşşenko seçkilərdən sonra Kanadaya gedəcəyi güman olunur
Ukrayna prezidenti Viktor Yuşşenko ölkədən qaçmaq qərarına gəlib. Belə ki, Ukrayna kütləvi informasiya vasitələri tərəfindən yayılan xəbərə görə, ölkə rəhbəri keçiriləcək prezident seçkilərdən sonra Kanadaya getmək fikrinə düşüb.
Xəbərə görə, Yuşşenko rəsm əsərləri və əntiq əşyalar kolleksiyası ilə dolu olan bir neçə təyyarəni artıq Kanadaya göndərib.
Ukrayna jurnalistləri seçkilərdən sonra Yuşşenkonun prezident vəzifəsinə seçilməyəcəyi təqdirdə məhz Kanadaya daimi yaşamaq üçün getməyi planlaşdırdığını bildirib.
Qeyd edək ki, Viktor Yuşşenkonun seçkilərdə məğlub olacağına heç bir şübhə yoxdur. Belə ki, hazırda onun reytinqi 4 faizdən yüksək deyil və çətin ki, 2010-cu ilin yanvar ayına kimi bu vəziyyət dəyişsin. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: