Yusif əl Qardavi misirliləri meydanlara çağırdı
05 Oktyabr 2013 Şənbə 03:02
Din alimi bu çağırışlarını ötən gün Qətərin paytaxtı Dohada cümə namzı moizəsində həyata keçirib.
Misirli tanınmış din alimi Yusif əl Qardavi oktyabrın 6-da etiraz aksiyası keçirmək üçün bütün müsəlmanları meydanlara səsləyib. Bu tarixin müsəlmanlar üçün şərəf və ləyaqət günü olduğunu deyən Qardavi hər kəsi sabiq Misir prezidenti Məhəmməd Mursiyə dəstək aksiyası keçirməyə çağırıb. Din alimi bu çağırışlarını ötən gün Qətərin paytaxtı Dohada cümə namzı moizəsində həyata keçirib.

Həmçinin Misirdə hərbi dövlət çevriliçinin banisi, müdafiə naziri Əbdülfəttah əs Sisi də bu gündə misirliləri meydanlara səsləyib. Sisi şəxsi “Twitter” səhifəsində, “Böyük Misir xalqını oktyabr döyüşünün ildönümündə meydanlara çağırıram. Sizi şərəf hissi ilə qoruyacağıq” – yazıb.

Qeyd edək ki, Misirin paytaxtı Qahirədəki “Təhrir” meydanında avtomobillərin hərəkəti oktyabrın 7-nə qədər məhdudlaşdırılıb. Misir Daxili işlər nazirliyi 6 oktyabr qələbə bayramı münasibəti ilə bu addımı atdıqlarını bildirib.

Xatırladaq ki, 1973-cü ildə Misirlə İsrail arasında baş tutan müharibənin bu il 40-cı ildönümüdür. Bu tarix Misirdə hər il “Qələbə bayramı” kimi qeyd olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar