Yuri Lujkov yeni siyasi hərəkat yaratmaq fikrindədir
04 Oktyabr 2010 Bazar Ertəsi 10:40
Moskva meri vəzifəsindən çıxarılan Yuri Lujkov yeni siyasi hərəkat yaratmaq fikrindədir.
APA-nın məlumatına görə, Yuri Lujkov bunu “The New York Times” qəzetinə müsahibəsində deyib. O, siyasi partiya deyil, məhz siyasi hərəkat yaradacağını açıqlayıb.

Xatırladaq ki, Yuri Lujkov sentyabrın 28-də prezident Dmitri Medvedevin fərmanı ilə istefaya göndərilib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar