Yuri Lujkov dekan təyin edilib
05 Oktyabr 2010 Çərşənbə Axşamı 17:00
Moskva şəhərinin keçmiş meri Yuri Lujkov Rusiya paytaxtında fəaliyyət göstərən Beynəlxalq Universitetin iri şəhərlərin idarə edilməsi fakültəsinin dekanı təyin edilib.
APA-nın “lenta.ru” xəbər portalına istinadən verdiyi məlumata görə, universitetin rektoru, Moskvanın keçmiş meri Qavriil Popov bu barədə əmr imzalayıb. Oktyabrın 5-də Y. Lujkov işə çıxıb.

Moskva Beynəlxalq Universitetinin iri şəhərlərin idarə edilməsi fakültəsi 20020-ci ildə mer Y. Lujkovun təşəbbüsü ilə yaradılıb. Həmin vaxt Y. Lujkova fakültənin elmi rəhbəri və bu ali məktəbin fəxri professoru adı verilib.
Qeyd edək ki, Moskva Beynəlxalq Universiteti SSRİ prezidenti Mixail Qorbaçov və ABŞ prezidenti böyük Corc Buş arasındakı razılıq əsasında təsis olunub. 1991-ci ildə Boris Yeltsin universitetin yaradılmasına dair sənədləri imzalayıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar