YUNESKO-nun yeni baş direktorunu seçmək mümkün olmadı
18 Sentyabr 2009 Cümə 01:30
9 namizəddən heç biri mütləq çoxluğun səsini toplaya bilməyib
YUNESKO-nun İcra Şurası təşkilatın yeni baş direktorunu seçə bilməyib. Şuranın nümyəndəsi bildirib ki, 9 namizəddən heç biri 58 səsin çoxunu toplaya bilməyib.
YUNESKO-nun qaydalarına görə, birinci turda namizədlərin topladığı səslərin sayı açıqlanmır. Toplanan səslərdən asılı olmayaraq, 9 namizədin hər biri ikinci turda namizədliyini yenidən irəli sürə bilər. Səsvermənin beş turda keçirilməsi mümkündür. Əgər dörd turda heç kim mütləq çoxluğun səsini qazana bilməsə, o zaman ən çox səs toplamış iki namizəd beşinci turda mübarizə paracaq. Səsvermə sentyabrın 23-dək başa çatmalıdır.
Baş direktor postuna namizədlər Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko, Litvanın YUNESKO-dakı daimi nümayəndəsi İna Marçiulionite , Əlcəzairin sabiq xarici işlər naziri Məhəmməd Becaun, Bolqarıstanın YUNESKO-dakı daimi nümayəndəsi İrina Georgiyeva Bokova, Misirin mədəniyyət naziri Faruk Hüsni, YUNESKO-nun Afrikadakı elmi şurasının direktoru Sospeter Mviyarubi Muxonqo (Tanzaniya), Ekvadorun sabiq tidarət, sənaye və balıq təsərrüfatı naziri İvonn Xuz de A. Baki (Ekvador), Benita Ferrero-Valdner (Avstriya) və YUNESKO baş direktorunun müavini Nureini Tijdani-Serposdur (Benin). YUNESKO-nun baş direktorunun səlahiyyət müddəti 4 ildir.
Qeyd edək ki, YUNESKO-nun hazırkı baş direktoru Koişiro Matsuuranın səlahiyyət müddəti bu ilin noyabrında başa çatır.
DOSTLARINLA PAYLAŞ: