Payızda YUNESKO-nun yeni baş direktoru seçiləcək. APA-nın YUNESKO-ya istinadən məlumatına görə, hazırkı baş katib Koişiro Matsuuranın səlahiyyətləri bu ilin noyabrında bitir.
YUNESKO-nun İcra Şurası təqdim olunmuş namizədləri sentyabrın 7-dən 23-nə kimi keçiriləcək sessiyada müzakirə edəcək və onlardan birini baş konfransın müzakirəsinə təqdim edəcək.
Sessiyanın müzakirəsinə 9 nəfərin namizədliyi irəli sürülüb. Onlar Rusiya xarici işlər nazirinin müavini Aleksandr Yakovenko, İna Marçiulionite (Litva), Məhəmməd Becaun (Əlcəzair), İrina Georgiyeva Bokova (Bolqarıstan), Faruk Hüsni (Misir), Sospeter Mviyarubi Muxonqo (Tanzaniya), İvonn Xuz de A. Baki (Ekvador), Benita Ferrero-Valdner (Avstriya) və Nureini Tijdani-Serposdur (Benin). YUNESKO-nun baş direktorunun səlahiyyət müddəti 4 ildir.
APA