Yunanların gözü yoldadır
11 May 2010 Çərşənbə Axşamı 20:05
Yunanıstan BVF və Avropa Birliyinə ilk kredit tranşının verilməsi üçün rəsmən müraciət edəcək.
Yunanıstan rəsmi surətdə BVF və Avropa Birliyinə ilk kredit tranşının verilməsi üçün müraciət edəcək.
Böhran əleyhinə ilk kredit tranşının miqdarı 20 milyard avro (26 milyard dollar) olacaq. Bu vəsaitin 14,5 milyardını Avropa Birliyi, qalan məbləği isə Beynəlxlaq Valyuta Fondu təqdim edəcək.

Avropa Birliyi ilə BVF-in Yunanıstana təqdim edəcəyi maliyyə yardımının ümumi miqdarı 110 milyard avro təşkil edir. Bu krediti almaq üçün Yunanıstan bir sıra öhdəliklərə qol çəkib. Vergiləri artırmaq, pensiya və əmək haqlarını donqdurmaq da bu öhdəliklər sırasına daxil edilib.

Hakimiyyətin bu qərarı artıq ölkədə kütləvi qarşıdurmaya gətirib çıxarıb və nəticədə bir neçə şəxs həlak olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar