Yunanıstanın yeni maliyyə naziri təyin edilib
21 Mart 2012 Çərşənbə 20:01
Filippos Saxinidis ölkəni maliyyə böhranından çıxaracaqmı?
Yunanıstanda yeni maliyyə naziri təyin edilib. ANS PRESS-in “RBK”ya istinadən verdiyi məlumata görə, bu, əvvəllər ölkənin maliyyə nazirinin müavini olmuş Filippos Saxinidisdir.

Hökumət administrasiyasının rəsmi məlumatında deyilir ki, Yunanıstanın baş naziri Lukas Papadimosun qərarı ilə F. Saxinidis ölkənin maliyyə naziri təyin edilib.

Yeni postunda 49 yaşlı F. Saxinidis Evangelos Venizelosu əvəz edib. Belə ki, Venizelos 2 gün əvvəl, bu ilin aprel-may aylarında Yunanıstanda keçiriləcək parlament seçkilərində Ümumyunan Sosialist Hərəkatından (PASOK) namizədliyini irəli sürmək üçün istefa ərizəsini yazıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar