Yunanıstanın baş naziri istefa verdi
09 Noyabr 2011 Çərşənbə 21:35
Georgio Papandreu istefaya getməklə, yeni koalision hökumətin formalaşmasına şərait yaradacağını deyib.
Yunanıstanın baş naziri Georgio Papandreu istefaya getdiyini bəyan edib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Papandreu bundan sonra bu vəzifəni tutacaq baş nazirə uğurlar arzulayıb. O özünün xələfinin adını çəkməyib.
Televiziya çıxışında Papandreu bildirib ki, Yunanıstan avrozonada qalmalıdır və Avropa İttifaqı ilə kredit müqaviləsinin şərtlərinə riayət etməlidir.
Papandreu istefaya getməklə, yeni koalision hökumətin formalaşmasına şərait yaradacağını deyib.
Hakim PAOK partiyası ilə “Yeni Demokratiya” arasında danışıqlar üç gündür davam edir, lakin hələ nəticə əldə olunmayıb. İlkin razılaşmaya əsasən, yeni koalisiya hökuməti Aİ ilə əldə olunan kredit sazişini təsdiq etməli və gələn ilin fevral ayına növbədənkənar parlament seçkilərinin keçirilməsini elan etməlidir.
DOSTLARINLA PAYLAŞ: