Yunanıstanın 77,7 milyarda ehtiyacı yaranacaq
02 Sentyabr 2013 Bazar Ertəsi 02:36
Almaniya Federal Maliyyə Nazirliyi bununla bağlı hesabat yayıb.
Almaniya Federal Maliyyə Nazirliyinin yaydığı hesabatda bildirilir ki, Yunanıstanın 2015-2020-ci illər arasında böyük məbləğdə maliyyə vəsaitinə ehtiyacı yaranacaq.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hesabatda bu məbləğin 77,7 milyard Avroya çatacağı qeyd olunub.
Hesabatın 2012-ci ildə nazir müavini Steffen Kampete tərəfindən hazırlandığı bildirilir. Hesabatda ayrıca, Yunanıstanın maliyyə bazarına bu ehtiyacı ödəmək üçün pul tapması təklif edilib.
Nazirliyin maliyyə mütəxəssisi Carsten Schneider, alman mətbuatına müsahibəsi zamanı hesabata istinad edərək bildirir ki, Yunanıstanın 2020-ci ilə qədər iki rəqəmli milyardlıq maliyyə vəsaitiniə ehtiyacı yaranacaq.
DOSTLARINLA PAYLAŞ: