Yunanıstanda zəlzələ oldu
10 Oktyabr 2010 Bazar 04:15
Yeraltı təkanın gücü 5,1 bal təşkil edib.
Yunanıstanda 5,1 bal gücündə zəlzələ baş verib. Məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb. Məlumata görə, yeraltı təkan yerli vaxtla ötən gün saat 22.04-də (Bakı vaxtı ilə bu gün saat 00.04) qeydə alınıb. Zəlzələnin episentri Afinanın 90 kilometr şimal-qərbində, 26,6 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: