Yunanıstanda yeni, müvəqqəti hökumət qurulacaq
07 Noyabr 2011 Bazar Ertəsi 04:36
Vəzifəsindən istefa verəcək Papandreu yeni hökumətdə yer almayacağını bildirib.
Yunaıstanın baş naziri Georgi Papandreu anamüxalifətçi Yeni Demokratiya partiyasının (ND) sədri Andonis Samarasla hökumətin istefası və ölkəni yeni parlament seçkisinə aparacaq müvəqqəti hökumətin qurulması üçün razılığa gəliblər. Yunanıstan prezident aparatının yaydığı məlumata görə, bu qərar Papandreu və Samarasın iştirakı ilə prezident Karolos Papulyasın rəhbərliyində keçirilən üçlü zirvədə qəbul edilib. Zirvədə həmçinin oktyabrın 26-da Avropa Birliyinin sammitində Yunanıstan iqtisadiyyatı barədə qəbul edilən qərarların icrasına da qərar verilib.

Məlumata görə, Papandreu yeni qurulacaq hökumətdə yer almayacağını deyib. Müvəqqəti hökumətə kimin rəhbərlik edəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, Yunanıstan prezidenti Karolos Papulyasın bu gün parlamentdə qrupu olan bütün siyasi partiyaların liderləri ilə görüşməsi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar