Yunanıstanda taksiçilər tətil elan edib
18 İyul 2011 Bazar Ertəsi 20:17
Onlar taksi işi üçün yeni lisenziyaların verilməsinə qarşı çıxır.
Yunanıstanda taksiçilər 2 günlük tətil elan edib. Minlərlə taksi sürücüsü Afina beynəlxalq hava limanının və eləcə də Pirey dəniz limanının girişini bağlayıb. Yunan taksiçiləri taksi işi üçün yeni lisenziyaların verilməsinə qarşı çıxır.
Üzərində yüzlərlə 'taksi' sözü yazılmış maşınlar 'Attiki odos' sürətli avtomobil magistralından Afina hava limanına kimi yolda tıxac yaradaraq hərəkət üçün yalnız bir zolaq buraxıb. Afinaya dəniz girişi hesab olunan Pirey limanında isə analioji aksiyada 2.5 min taksiçinin iştirak etdiyi bildirilir. Burada da ciddi nəqliyyat problemi yaşanır.
Gəzinti gəmiləri ilə ölkəyə gələn turistlərin avtobuslara gediş-gəlişi çətinləşib. Həm hava limanında həm də dəniz limanında polis xüsusi təyinatlıları gücləndirilmiş rejimdə xidmət göstərir.
Afina məhkəməsinin prokuroru Eleni Rauku belə taksiçilərlə bağlı iş açılması barədə göstəriş verib. Belə ki, həmin taksiçilərin hərəkətləri qanun pozuntusu kimi qiymətləndirilir.
Taksiçilərin həmkarlar ittifaqlarının nümayəndəsi isə etiraz aksiyasının davam edəcəyini və infrastruktur, nəqliyyat və rabitə nazirliyini bu peşənin liberallaşdırılması barədə qərarı ləğv etməyə çağırıb. anspress
DOSTLARINLA PAYLAŞ: