Yunanıstanda referendumun təxmini tarixi açıqlandı
03 Noyabr 2011 Cümə Axşamı 03:47
Səsvermənin nəticələri açıqlananadək Afina Avropa Birliyinin yardımından məhrum ola bilər.
Yunanıstanda Avropa Birliyindən yardımın qəbulu məsələsi ilə bağlı referendum dekabrın 4-ü və 5-ində keçirilə bilər. “Reuters”in məlumatına görə, bunu Fransa prezidenti Nikola Sarkozi bildirib.
Bununla belə, Fransa prezidenti bəyan edib ki, səsvermənin nəticələri açıqlananadək Yunanıstana kredit tranşlarının verilməsi üzrə bütün əməliyyatlar dondurula bilər.
DOSTLARINLA PAYLAŞ: