Yunanıstanda nəqliyyat işçiləri yenidən tətilə başlayır
22 Dekabr 2010 Çərşənbə 02:05
Bir sutka ərzində metro, tramvaylar, trolleybuslar və avtobuslar işləməyəcək
Bu gün Yunanıstanın paytaxtı Afinada bütün növ ictimai nəqliyyatın işi 24 saatlığa dayandırılacaq. Dövlət və özəl sektorların işçiləri isə üç saatlıq tətiq edəcəklər. Aksiyalar nəqliyyat şirkətlərində islahatların aparılması və sərt iqtisadi tədbirlərin görülməsi planlarına qarşı yönəlib. Yunanıstan hökuməti Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun 110 milyard avroluq kredit proqramı müqabilində sərt iqtisadi tədbirlərin görülməsi öhdəliyini üzərinə götürüb.
Bir sutka ərzində metro, tramvaylar, trolleybuslar və avtobuslar işləməyəcək. Yunanıstanın dəmir yolu təşkilatı onlarla sərnişin qatarının və şəhərətrafı elektrik qatarlarının ləğv edildiyini açıqlayıb. Cümə axşamı isə nəqliyyatçıların növbəti tətili başlayacaq. Həmin cün onlar yerli vaxtla saat 09.00-dan 22.00-adək işi dayandıracaqlar. Amma cümə axşamı keçiriləcək tətiltə avtobuslar istisna təşkil edəcək və onlar həmin saatlarda işə çıxacaqlar.
DOSTLARINLA PAYLAŞ: