Yunanıstanda aksiyalar başladı
19 Sentyabr 2013 Cümə Axşamı 08:14
Antifasit fəalın ölürülməsinə etiuraz edən ketlə polisə yandırıcı və kəsici maddələr atıblar.
Yunanıstanda 34 yaşlı antifaşist fəalın bıçaqlanaraq öldürülməsi ölkənin müxtəlif bölgələrində etiraz aksiyaları ilə qarşılanıb. Qeyd edək ki, fəalı öldürən şəxs özünü ultra-mühafizəkar "Qolden Doon" "Qızılı Sübh" partiyasının üzvü kimi təqdim edib. Hadisə Pirey şəhərinin Keratsini qəsəbəsində baş verib.

Hadisə bölgəsində təhlükəsizlik xidmətinə qarşı etiraz edən fəallar yollarda barikada quraraq nəqliyyatın hərəkətinə əngəl törətməyə çalışıblar. Həmçinin, yerli polis məntəqələrindən birinə hücum olunub. Polisin vəziyyətə müdaxilə etməsi isə tərəflər arasında qarşıdurmaların yaranması ilə nəticələnib.

Qarşıdurmalar zamanı aksiya iştirakçıları polisə daş, yandırıcı və kəsici maddələr atıblar. Polis isə gözyaşardıcı qazlarla etirazçıları dağıtmağa çalışıb. Polis zorakılıq törədən bir neçə nəfəri həbs edib. Şəhər bələdiyyəsi qarşıdurmalar zamanı çoxlu sayda mağaza və iş yerlərinə ziyan dəydiyini bildiriblər.

Qeyd edək ki, "Qolden Doon" partiyası hadisə ilə bağlı heç bir əlaqəsinin olmadığını açıqlayıb. Partiyanın parlament təmsilçilərindən biri Mikalis Arvanitis hadisənin futbol matçı mübahisəsi zəminində baş verdiyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar