Yunanıstan səfirliyinə hücum oldu
30 Aprel 2010 Cümə 02:45
Çexiya anarxistləri bu yolla yunan həmfikirlərinə dəstək olmaq istəyiblər.
Naməlum şəxslər Yunanıstanın Çexiyadakı səfirliyinin binasına yandırıcı maddə atıb. Səfirlik ətrafındakı bağda başlayan yanğın binanın girişinə zyan vurub. Diplomatlar hadisə baş verən vaxt işdə olmayıblar. Yanğını anarxistlərin törətdiyi güman edilir.
Səfirlik binasına hücum edənlər yunan anarxistin həbsinə etiraz ediblər və hərəkətləri ilə yunan yoldaşları ilə həmrəylik nümayiş etdirmək istəyiblər. Qeyd edək ki, Yunanıstan məhkəməsi anarxist Yannis Dimitrakisi 2006-cı ildə bank şöbəsinə edilmiş hücuma görə 35 il müddətinə azadlıqdan məhrum edib.
Analoji hücum Yunanıstanın Buenos-Ayresdəki səfirliyinə də edilib. Argentina polisi beş nəfəri həbs edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: