Yunanıstan prezidentinin evinə hücum olub
06 Fevral 2012 Bazar Ertəsi 20:31
Naməlum şəxslər evə daş və taxta parçaları atıblar.
Yunanıstan prezidenti Karolos Papulyasın yaşadığı evə hücum olub. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, yerli polis heç kimin xəsarət almadığını bildirir.

30-a yaxın adam dövlət başçısının mənzilinin olduğu binaya daş və taxta parçaları atıb. Həmin vaxt prezidentin evdə olub-olmadığı barədə məlumat verilmir. Hücum edənlərdən heç birini isti izlərlə ələ keçirmək mümkün olmayıb.

Yunanıstan przidenti hökumətin xərclərin beynəlxalq kreditlər qarşılığında azaldılması ilə bağlı hökümətin sərt tədbirlərinə razılıq verdiyinə görə dəfələrlə tənqid edilib. O, 2011-ci ilin oktyabroında Salonikdə Yunanıstanın İkinci Dünya Müharibəsinə qoşulmasının ildönümü ilə bağlı keçirilən paradda fitə basılmışdı. Yüzlərlə etirazçı prezident Karolos Papulyası tribunanı tərk etməyə məcbur etmişdi və parad yarımçıq dayandırılmışdı.

Karolos Papulyas bu ilin yanvarında da dini mərasimdə etirazlarla qarşılaşmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar