Yunanıstan parlamenti hökumətə etimad göstərdi
05 Noyabr 2011 Şənbə 03:35
Baş nazir Yorqos Papandreu istəyinə çatdı.
Yunanıstanın baş naziri Yorqos Papandreu ölkə parlamentindən kabinetinə etimad qərarı ala bilib. “Reuters” agentliyinin məlumatına görə, səsvermə bir qədər əvvəl başa çatıb.

Baş nazir parlamentdəki çıxışında koalision hökumət yaratmağa söz verib və etimad votumu tələb edib. Yorqos Papandreu bəyan edib ki, hazırkı iqtisadi vəziyyətdə növbədənkənar seçkilər ölkə üçün fəlakətlə nəticələnə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar