Yunanıstan müxalifəti koalisiya hökumətinin yaradılmasından imtina etdi
05 Noyabr 2011 Şənbə 03:15
Sağ-mərkəzçilər: “Yeganə çıxış yolu seçkilərdir”.
Yunanıstanın sal-mərkəzçi parlament müxalifəti baş nazir Yorqos Papandreu tərəfindən təklifi edilən koalisiya hökumətinin yaradılmasından imtina edib. “Yeganə çıxış yolu seçkilərdir”, - sağ-mərkəzçilərin lideri Antonis Samaras bildirib.

Yorqos Papandreu müxalifətin vəöz partiyasından olan bəzi deputatların təzyiqlərinə baxmayaraq, çıxışı zamanı istefa verməkdən imtina qərarını açıqlayıb. O, etimad votumu tələb edib və koalisiya hökumətinin yaradılması vədini verib.

Hazırda Yunanıstan parlamentində ölkə hökumətinə etimadla bağlı səsvermə davam edir.

Yunanıstanın baş naziri müxalifətin dərhal seçkilərin keçirilməsi tələbini rədd edib və bildirib ki, növbədənkənar seçkilər ölkə üçün fəlakət ola bilər. Yorqos Papandreunun sözlərinə görə, hökumət seçkilərə qədər Avropa Birliyi ilə kredit razılaşmasını reallaşdıra bilməz. Onun fikrincə, 80 milyard avroluq kredit sazişini riskə atmaq olmaz.


DOSTLARINLA PAYLAŞ:

oyunlar