Yunanıstan müsəlmanlarının vəkilə ehtiyacı yoxdur
11 Mart 2011 Cümə 02:06
Yunanıstanın hökumət rəsmisi Əhməd Davudoğlunu dəvətsiz vəkilə bənzədib
“Qərbi Trakya (Yunanıstan) müsəlmanlarının dəvətsiz vəkilə və müdafiəçiyə ehtiyacı yoxdur”. Bunu Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Yunanıstan səfərini şərh edən yunan hökumətinin məruzəçisi Yorgos Petalotis deyib. Petalotis verdiyi açıqlamada Yunanıstanın qonaqpərvər bir ölkə olduğunu, burda xristianlarla müsəlmanların qanunlar qarşısında müsavi olduğunu bildirib. “Cənab Davudoğlu Mericdən (Evros) Meis (Kastelorizo) adasına qədər bütün Yunanıstanda razılıqla qarşılandı. Onun da bu səfərdən razı qalmasını təmənna edirik. Çünki bu ölkə müsəlmanları qanunlar qarşısında eyni hüquq və öhdəliklərə sahibdirlər. Xristian və müsəlamların tolerantliq içində yaşamasını təmin edən bir siyasətin meyvələrini yeyirlər. Bu səbəblə də müsəlman vətəndaşlarımızın daxildən və ya xaricdən dəvətsiz vəkilə və müdadfiəçiyə ehtiyacı yoxdur”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar