Yunanıstan humanitar yardım gəmisini Qəzzaya buraxmadı
03 İyul 2011 Bazar 00:44
Yunanıstan humanitar yardım gəmisini Qəzzaya buraxmadı. Gəminin kapitanı həbs edildi.
Yunanıstan hökuməti Qəzza bölgəsinə humanitar yardım və ictimai fəalları aparan gəminin kapitanını həbs edib. Gəmi Afinanın yaxınlığındakı Pirey limanını tərk edərkən sahil mühafizəsi tərəfindən saxlanılıb.
Gəmi Qəzza bölgəsində İsrail blokadasını yarmağa ikinci dəfə cəhd edən “Azadlıq donanması”na daxildir.
Ötən il edilən ilk cəhd qarşıdurma ilə nəticələnmişdi. İsrail xüsusi təyinatlıları gəmilərin saxlanılması üçün əməliyyat keçirmiş və 9 ictimai fəal qətlə yetirilmiş, 30-a yaxın adam yaralanmışdı. Bu dəfəki gəmidəç də ictimai fəallar olub.
Gəminin kapitanına limanı müvafiq icazə olmadan tərk etməklə bağlı ittiham irəli sürülə bilər.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: