Yunanıstan hökuməti başsız qaldı
07 Noyabr 2011 Bazar Ertəsi 12:04
Baş nazir Georqs Papandreu istefaya gedir.
Yunanıstan baş naziri Georgs Papandreu istefaya gedir. Bu qərar bazar günü Yunanıstan prezidenti, baş nazir və aparıcı müxalifət partiyasının rəhbəri ilə birgə keçirilən üçtərəfli görüşdən sonra verilib.

Yunanıstanın siyasi liderləri Avropa İttifaqının təzyiqləri fonunda yeni hökumətin formalaşdırıldığı haqda açıqlama veriblər. Təxminən 1 saat davam edən görüş nəticəsində hökumətin istefaya getməsi və koalisiya hökumətinin yaradılması haqda qərar qəbul olunub. Bu gün ölkənin ən iri siyasi partiyalarının görüşü nəzərdə tutulub. Məlumata görə, nüfuzlu partiyalar gələcək hökumətin tərıkibini müəyyənləşdirəcəklər.

Ehmital olunur ki, müvəqqəti hökumətin tərkibinə Antonis Samarasın rəhbərlik etdiyi “Yeni demokratiya” müxalifət partiyası gətiriləcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar