Yunanıstan bəzi adalarını satışa çıxarır
06 Dekabr 2010 Bazar Ertəsi 06:34
Bu istiqamətdə görüşlər keçirən bəzi nazirliklər satışa çıxarılacaq daşınmaz əmlakın siyahısını hazırlayıb
“Yunanıstan Maliyyə nazirliyi, İnfraskruktur nazirliyi və Mədəniyyət nazirliyi satışa çıxarılacaq adaların və hava limanlarının siyahısını hazırlayıb”. Bu barədə məlumatı paytaxt Afinada nəşr olunan “Proto Thema” qəzeti yayıb. Qəzet satışa çıxarılacaq adaların strateji əhəmiyyətə malik olmamasına diqqət edildiyini vurğulayıb.
Bu addımın “B” planı çərçivəsində atıldığını bildirən qəzet satış siyahısında İon dənizindəki Nafsika adası, Liqiya adası, Ayos Yannis adası və bəzi qayalıqlar olduğunu yazıb.
Qəzet hökumətin bu satışlardan 300 milyon avro gəlir əldə etməyi planlaşdırdığını bildirib. Satışlara Londonda olan beynəlxalq konsaltinq şirkətlərindən birinin vasitəçi olduğunu bildirən qəzet adalarla əsasən rus və ərəb investorların maraqlandığını deyib.
Bu işin icarasına 2011-ci ildə başlanılacaq və ilk mərəhələdə “Kovani”, hava limanı, Leros və Skiros adaası ilə digər adalardakı hava limanlarının idarəsi tamamilə və ya qismən özəl sektora veriləcək.
DOSTLARINLA PAYLAŞ: