Yunanıstan ağ günə çıxır
14 May 2013 Çərşənbə Axşamı 05:49
Avrozonanın maliyyə nazirlərinin şurası bu ölkəyə maliyyə köməyinin növbəti tranşının verəcək.
Avrozonanın maliyyə nazirlərinin şurası Yunanıstana maliyyə köməyinin növbəti tranşının verilməsinə razılıq verib.
ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Avropa qrupu hesab edir ki, Avropa maliyyə sabitliyi fondundan 7,5 milyard avro məbləğində növbəti tranşın verilməsinə bütün zəruri elementlər mövcuddur.
Yaxın günlərdə Avropa maliyyə sabitliyi fondu tərəfindən tranşın 4,2 milyard avro məbləğində birinci hissəsi bəyəniləcək. Vəsaitin qalan hissəsinin verilməsi 2013-cü ilin iyununda Yunanıstanın iqtisadiyyatının bərpası proqramlarının icrasına uyğun olaraq olacaq.
DOSTLARINLA PAYLAŞ: