Yunan Kiprinin prezidenti Dimitris Xristofias bu gün Ermənistana rəsmi səfər edib. “Novosti-Armeniya” agentliyinin məlumatına görə, bu gün o, erməni katalikosu II Qareginlə görüşüb. Görüşdə onu Ermənistan xarici işlər naziri Edvard Nalbandyan müşayiət edib. Söhbət zamanı ikitərəfli münasibətlərdən danışılıb və yunan prezidenti bu yaxınlarda Larnakda qondarma erməni soyqırımı “qurbanlarının” xatirəsinə abidənin açılmasına xatırladıb./ANS PRESS/