Yunan anarxistlər informasiya agentliyinin binasını ələ keçirdilər
16 Aprel 2011 Şənbə 02:27
Onlar dövlət agentliyinin xəbər lentinə istədikləri mətni yerləşdirməyə nail olublar.
Yunanıstanda anarxistlər ölkənin iri xəbər agentliklərindən olan Afina informasiya agentliyinin ofisini ələ keçiriblər. Özlərini anarxistlər kimi təqdim edən 30-a yaxın adam dövlət informasiya agentliyinin ofisini təxminən bir saat nəzarətdə saxlayıblar.

Ofisi ələ keçirənlər baş redaktorun otağının pəncərəsindən 2010-cu ilin dekabrında terrorçuluq ittihamı ilə həbs edilmiş altı anarxistə dəstək şüarı asıblar. Onlar saxlanılanlar barəsində məhkəmə təqibinin dayandırılmasını tələb edirlər.

Bundan başqa, aksiya iştirakçıları redaktorlardan xəbər lentinə proklamasiyanın və həbsdəki anarxistlərin məktubunu yerləşdirməyi tələb ediblər. Tələb yerinə yetirildikdən sonra anarxistlər ofisi tərk ediblər.

Polis baş verənlərə müdaxilə etməyib.

Qedy edək ki, Yunanıstanda solçu qruplaşmalar fəaliyyət göstərir. Onlar yanğın və partlayışların təşkilində məsuliyyəti öz üzərlərinə götürüblər. Ötən ilin dekabrında Yunaınstan polisi dörd oğlan və bir qızı terror aktlarının hazırlanması ittihamı ilə həbs edib. Saxlanılanlardan əl pulemyotları, “Kalaşnikov” avtomatları, tapançalar, ammonyak şorası və 200 qram trotil götürülüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar