Yuliya Timoşenko səs verdi
25 May 2014 Bazar 19:20
Ukraynada prezidentliyə real namizədlər biri Yuliya Timoşenko artuq səs verib.
Ukraynada Prezident seçkiləri davam edir.
ANS TV-nin məlumatına görə, Ukraynada prezidentliyə real namizədlər biri Yuliya Timoşenko artuq səs verib. Timoşenko öz sesvermə hüququndan doğma Dnepropetrovsk şəhərində istifadə edib. Sabiq baş nazir prezident seçiləcəyi təqdirdə görəcəyi əsas məsələlərdən danışıb. O Ukraynanın Avropa Birliyinə və NATO-ya üzv olmalı olduğunu deyib.
Prezidentliyə namizəd Yuliya Timoşenko deyib ki, "Mən bu gün hər bir ukraynalının həyatını dəyişə biləcək Avropa Ukraynasına səs verdim. Əminəm ki, Ukrayna Avropa Birliyinə üzv olarsa, güclü, xoşbəxt və inkişaf etmiş olacaq. Seçilərsəm, düşünürəm ki, atacağım ilk addım Ukraynanın NATO-ya tamhüquqlu üzvlüyü üçün müraciət olacaq".
DOSTLARINLA PAYLAŞ: