Yuliya Timoşenko nümayişçilere qelebe planı gönderdi
06 Dekabr 2013 Cümə 02:05
Yuliya Timoşenko: Qelebe çalmaq üçünse konkret planlarımı müxalifet liderlerine göndermişem, yeqin onlar menim yazdıqlarımı diqqetle oxuyub netice çıxaracaqlar.
Ukraynanın eks baş naziri Yuliya Timoşenko Maydanda etiraz eden ölke vetendaşlarına nümayişi müsbet sonluqla başa vurmaq üçün plan gönderib. ANS PRESS-in “newsru.com” saytına istinaden verdiyi xebere göre, bu informasiya Yuliya Timoşenkonun saytında yayılıb.
Timoşenkonun fikrince, müxalifetin üzerine çox böyük missiya düşüb: “Mene qulaq assalar, qan tökülmesinin qarşısı alınacaq. Bizim isteyimiz sülh yönümlüdür ve legitimdir. İnanıram ki, budefeki etiraz qelebe ile sonuclanacaq. Qelebe çalmaq üçünse konkret planlarımı müxalifet liderlerine göndermişem, yeqin onlar menim yazdıqlarımı diqqetle oxuyub netice çıxaracaqlar”.
Xatırladaq ki, sabiq baş nazir Yuliya Timoşenko etirazçılara destek olmaq üçün noyabr ayının 25-den hebsxanada aclıq aksiyasına başlayıb.
DOSTLARINLA PAYLAŞ: