Yuliya Timoşenko həbsxanadan xəstəxanaya köçürüldü
21 Aprel 2012 Şənbə 03:43
Yuliya Timoşenko həbsxanadan xəstəxanaya köçürüldü. Keçmiş baş nazirin vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur.
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko ötən axşam Xarkovdakı 5 saylı kliniki xəstəxanaya aparılıb. ANS PRESS xəbər verir ki, məlumatı şəhərin “Qlavnoe” internet saytı yayıb.
Hələlik məlumat rəsmən təsdiqlənməyib. Lakin Ukrayna penitensiar xidmətinəki mənbələr Yuliya Timoşenoknun cəza çəkdiyi həbsxanadan xəstəxanaya köçürüldüyünü “İnterfaks”a təsdiqləyiblər. O, 2009-cu ildə Rksiya ilə qaz müqavimələlərinin bağlanması zamanı səlahiyyət həddini aşmaş ittihamı ilə yeddi il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, aprelin 28-də Xarkov məhkəməsində keçmiş baş nazirlə bağlı ikinci cinayət işinə mahiyyəti üzrə baxılmalıdır. O, “Ukrayna vahid enerji sistemləri” korporasiyasındakı maliyyə saxtakarlıqlarında da şübhəli bilinir.
DOSTLARINLA PAYLAŞ: