Yuliya Timoşenko əməliyyat oluna bilər
12 Mart 2014 Çərşənbə 00:43
Ukraynanın sabiq səhiyyə naziri Nikolay Polişuk: Yuliya Timoşenko öz ailəsinin hesabına Berlin klinikasında müalicə olunur.
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Almaniyanın Şarite klinikasında müalicəsinə başlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın sabiq səhiyyə naziri Nikolay Polişuk açıqlama verib.
Onun sözlərinə görə, Timoşenko təkrar müayinədən keçəndən sonra əməliyyat olub-olunmayacağına dair qərar veriləcək. Əgər əməliyyat olunsa, orqanizmin bərpası iki həftəyə qədər davam edə bilər.

Nikolay Polişuk qeyd edib ki, Timoşenko öz ailəsinin hesabına Berlin klinikasında müalicə olunur.

Xatırladaq ki, Ukrayna Ali Radası fevralın 22-də sabiq baş nazir Yuliya Timoşenkonun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar