Yuliya Timoşenko aclığı dayandırır
09 May 2012 Çərşənbə 01:13
Keçmiş baş nazir həbsxanadan xəstəxanaya köçürülməyə razılıq verib.
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko aclıq aksiyasını dayandırmaq niyyətindədir. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, bunu siyasətçinin qızı Yevgeniya Karr bildirib. Eyni zamanda, keçmiş baş nazir saxlanıldığı həbsxanadan almaniyalı şəkimlər tərəfindən müalicə ediləcəyi Xarkov xəstəxanasına köçürülməyə də razıdır.

Ukraynanın Baş Prokurorluğu ötən gün bəyan edib ki, Yuliya Timoşenkonun xəsarətləri ilə bağlı ekspert rəyləri saxtalaşdırılıb.

Xatırladaq ki, Yuliya Timoşenko aclıq aksiyasına aprelin sonlarında başlayıb. O, iddia edir ki, həbsxanadan xəstəxanaya aparılarkən döyülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar