Yüksək vəzifəli məmurlara gözlənilməz zərbə
01 Aprel 2013 Bazar Ertəsi 11:03
Ramzan Kadırov onların xaricə çıxışını məhdudlaşdırmağı təklif edir.
Çeçenistan dövlət başçısı Ramzan Kadırov yüksək vəzifəli məmurlar üçün yeni planlar hazırlayır. O, keçmiş və hazırda fəaliyyətdə olan məmurların xaricə çıxışına qadağa qoyulmasını təklif edir. Çeçen lideri bu təklifi əsaslandırarkən sovet dövrünü xatırladıb: “Mən təklifimdə yetərincə haqlıyam. Məsələn, 90-cı illərin ortalarında Təhlükəsizlik Şurasının sədr katibinin müavini Boris Berezovski, eləcə də Moskva meri Yuri Lujkova qarşı da olub. Yaxud sabiq müdafiə naziri Anatoli Serdyukov”.
Ramzan Kadırov yekun olaraq yüksəkvəzifəli məmurların xaricə çıxışına məhdudiyyət və ya moratorium qoyulmasına dair geniş müzakirələrin keçirilməsini təklif edib.
DOSTLARINLA PAYLAŞ: