Yüksək komfortlu sərnişin qatarı relsdən çıxıb
21 Aprel 2010 Çərşənbə 20:00
2 sərnişin həlak olub, 25 nəfər isə yaralanıb.
Cənubi Afrika Respublikasında Pretoruya şəhəri yaxınlığında sərnişin qatarı relsdən çıxıb. Qəza nəticəsində qatarda olan sərnişinlər xəsarət alıb. Hadisə yerinə çatmış xilasedicilərin ilkin məlumatına görə, 2 sərnişin həlak olub, 25 nəfər isə yaralanıb. Xəsarət alan şəxslərdən beş nəfərinin vəziyyəti kritikdir.

Rovos Rail şirkətinə məxsus olan bu qatar yüksək komfortlu sərnişin daşımalar sahəsində istifadə olunur. Hadisənin hansı səbəbdən baş verməsi isə hələlik məlum deyil. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar