Yük maşını onu ötən təcili yardımın yolunu kəsdi
05 May 2012 Şənbə 04:47
Yük maşını sürücüsü Turqut Abalı təcili yardımda olanlardan aşağı düşməyi tələb edib.
Türkiyədə yük maşını sürücüsü yanından sürətlə keçən təcili yardımın yolunu kəsərək avtomobildə olan səhiyyə işçilərinə hücum edib. Hadisə ötən gün Muğla vilayətinin Fəthiyə rayonunda baş verib. “Sən kimsən ki, məni ötürsən?” – deyə çığıran yük maşını sürücüsü Turqut Abalı təcili yardımda olanlardan aşağı düşməyi tələb edib. Təcili yardımın qapılarını bağlayaraq T. Abalının əlindən xilas olunan səhiyyə işçiləri hadisə barədə polisə xəbər verib. Abalının hücumları isə hadisə yerinə polis gələnə qədər davam edib.
Saxlanılan Turqut Abalı polis tərəfindən ifadəsi alındıqdan sonra məhkəməyə göndəriləcək.
DOSTLARINLA PAYLAŞ: