Yoxsul Ermənistanın zəngin deputatının bahalı maşını aşdı
25 İyul 2010 Bazar 01:25
Deputatın maşınının şəklini çəkmək istəyən fotoqraf hücuma məruz qalıb.
Ermənistanın paytaxtı İrəvanda üç avtomobil toqquşub və onlardan biri aşıb. Qəzadan dərhal sonra maşınlardan birinin dövlət nömrə nişanı dərhal çıxarılıb. Məlum olub ki, bu, Ermənistan parlamentinin deputatı, hakim Respublika Partiyasının fraksiya üzvü Qriqor Markaryana məxsusdur.
Fotoqrafın maşının şəklini görən şəxslər ona hücum ediblər. Hadisə yerinə Ermənistan parlamentinin digər üzvləri də gəliblər. Hadisənin təfərrüatları ilə bağlı məlumat yoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: