Yoxsul Ermənistan vətəndaşları
30 Avqust 2014 Şənbə 12:18
Ermənistan vətəndaşları yenə də yoxsul statusunda qalıblar.
Ermənistan milli statistika xidməti, demək olar ki, bu günlərdə “Yoxsulluq və ərzaq təminatı” məruzəsini dərc eləyib. Orada ilk dəfə olaraq əhalinin 2013-cü ildəki gəlirləri açıqlanıb.

Bu sənəddə dərc edilmiş bütün rəqəmləri sadalamaq fikrimiz yoxdur. Yalnız biri ilə maraqlanacağıq - yoxsulluq həddindən aşağı səviyyədə yaşayan Ermənistan sakinləri ilə. Yenə də statistikaya müraciət edək. Onların 35%-dən çoxuquq ayda cəmi 21 dollar gəliri olur. Adam fikirləşə belə bilmir ki, bu qədər az pulla onlar necə yaşaya bilirlər? Yəni onların bu gün Ermənistandan hara gəldi qaçmalarının səbəbi aydındır.

Ölkə iqtisadiyyatı ilə bağlı fikirlərini jurnalistlə söhbətində Ermənistanın eks-prezidenti Robert Koçaryan da bölüşüb. Onun sözlərinə görə, ölkə iqtisadiyyatının yaxın gələcəyi üçün heç bir optimist qiymətləndirməyə malik deyil. Həm də, Koçaryanın fikrincə, çox tezliklə Ermənistan iqtisadiyyatı üçün yeni təhlükələr yaranacaq və bunların sırasında qlobal təhlükələr də yer alacaq. Koçaryan həm də vurğulayıb ki, Avrasiya İttifaqına girdikdən sonra da Ermənistanın başına nə gələcəyi bəlli deyil. Çünki Rusiya ilə Qərbin qarşıdurması şəraitində bu ittifaqın, həm də Gömrük İttifaqının nejə işləyəcəyi aydın deyil.

Amma keçmiş Qarabağ yaraqlısı müəyyən sponsorlar tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi üçün ayrılmış milyardlarla dolların hara xərclənməsi barədə bir kəlmə də danışmayıb. Həmin vəsaitlər bu gün iflasa uğramış Ermənistan iqtisadiyyatına xeyli dəstək ola bilərdi. O həm də deməyib ki, indiki böhran hələ onun vaxtından başlayıb. Mütəxəssislərin fikrincə, hazırda Ermənistan iqtisadiyyatı staqnasiyadadır və gələcəkdə bu ölkənin yalnız bir perspektivi var - əl açıb dilənməlidir və deməlidirlər ki, kim nə qədər bacarır, o qədər yardım etsin.

60 yaşlı Robert Koçaryanın böyük siyasətə qayıtmasının mümkünlüyü barədə jurnalistlərin suallarına cavab verən Robert Koçaryan bir az əzilib-büzülüb ki, bəs, özünü 10 il qabaqkından xeyli yaxşı hiss edir. "Mən mütəmadi olaraq üzgüçülüklə məşğul oluram, qışda xizək sürürəm, dağlara qalxmağı xoşlayıram, həmçinin biliyimi atırıram",- deyə Koçaryan vurğulayıb. Belə görünür ki, Ermənistandakı müflisləşmənin şəxsən ona heç bir dəxli yoxdur. Koçaryanın böyük siyasətə qayıdışına gəldikdə isə, o bildirib ki, "bu, vəziyyətdən asılıdır".

Görünür, hardasa yuxarılarda və ya qonşu ölkələrdə indi müzakirə aparırlar ki, görəsən, Qarabağ klanına bundan sonra da inanmaq olar, yoxsa yerli əhalidən yeni prezident barədə düşünmək lazımdır?

İqtisadi fəlakət bu gün Qarabağ klanının əleyhinə işləyir. Bu barədə erməni ekspertlər və politoloqlar açıqca danışırlar və 2014-cü ilin payızının çox qızmar olacağını vurğulayırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar