Yoxa çıxan erməni zabiti ilə bağlı açıqlama
08 May 2014 Cümə Axşamı 11:00
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab veriblər.
Azərbaycan Respublikası Müdafiə Nazirliyindən Naxçıvanla sərhəddə yerləşən Vayotsdzor vilayətində itkin düşən Ermənistan ordusunun baş leytenantı Merucan Arutyunyanla bağlı açıqlama verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, Müdafiə Nazirlində bu barədə məlumat yoxdur: “Bu hadisə ilə bağlı bizdə rəsmi heç bir məlumat yoxdur”,- deyə Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab veriblər.
Qeyd edək ki, mayın 1-dən itkin düşən Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Merucan Arutyunyanın hara getdiyi bilinmir.
“Vayodzorski vilayətində itkin düşən Merucan Arutyunyan tapılması istiqamətində axtarışlar davam edir. Hazırda yeni heç bir məlumat yoxdur”, - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Xatırladaq ki, baş leytenantın necə itkin düşməsi istiqamətində iki variant səsləndirilir. Birinci varianta görə, N saylı hərbi hissədən çıxan Merucan Arutyunyan yolunu azıb. İkinci varianta görə o, göldə çimərkən batıb. Lakin irəli sürülən variantların hər biri fərziyyə olaraq qalmaqdadır. Erməni mətbuatının yaydığı məlumata görə, baş leytenantın könüllü şəkildə Azərbaycan tərəfinə keçməsi ehtimalı da mövcuddur.
DOSTLARINLA PAYLAŞ: